Gənc Sahibkarlara dəstək Proqramı yeni nəsil gəncləri üzə çıxaracaq
1 noyabr 2018-ci il tarixində “New Generation” Gənc Sahibkarlara dəstək proqramının açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, “New Generation” Gənc Sahibkarlara dəstək layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində 2018-2019-cu illərdə həyata keçiriləcək və 4 iqtisadi regionu əhatə edəcək.
Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb etmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz,Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarını əhatə edir. “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən bu layihədə ümumilikdə 2000 gəncin əhatə olunması nəzərdə tutulur.
Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 2000 gəncin müraciəti dəyərləndirildikdən sonra toplanacaq və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün təlimlərə cəlb olunacaqlar.
2-ci mərhələdə təlimləri uğurla yekunlaşdırmış gənclər arasından ən uğurlu 1000 gənc seçiləcək və öz biznes planlarını hazırlayaraq təqdim edəcəklər.
3-cü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaqdır. Bu investisiya və 6 ay davam edəcək mentor dəstəyi ilə gənclər öz biznes ideyalarını daha da formalaşdıraraq 4-cü mərhələyə hazırlaşacaqdır. 6 ay ərzində startapçılar həftəlik demo day və mentor ziyarətləri ilə təmin ediləcək, mentorların dəstəyi komandaların ilkin variantda məhsulun yaradılması prosesinə töhfə verəcəkdir. Yekun mərhələdə 20 uğurlu startap komandası layihələrinin inkişafı məqsədilə biznes inkubasiya və coworking mərkəzlərinə yönəldiləcəkdir. Davamında isə növbəti investisiya şansını əldə etmək üçün şəbəkə və investor günlərində iştirak edəcəklər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Coca-Cola” şirkətinin dəstəyi ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB