"Consalting&Business" jurnalı Nar Mobile brendini "İlin Şirkəti" mükafatının "Xalq Seçimi" nominasiyasında qalib elan edib. SİA-nın xəbərinə görə, Nar Mobile 2010-cu il ərzində əhatə dairəsinin sürətli artımı, 3G texnologiyasının təqdim edilməsi və yüksək keyfiyyətli xidmətlərin tətbiqinə görə "Consulting&Business" jurnalının biznes və iqtisadiyyat sahəsindəki "İlin Şirkəti" Milli Premiyasına layiq görülüb.
"Xalq Seçimi" nominasiyasında Nar Mobile-ın qalib seçilməsinin əsas göstəriciləri, 2010-cu ildə 3G texnologiyasnın tətbiqini elan etdikdən sonra yüksək sürətli internetdən istifadə etmək imkanı verən 3G modemlər, Video Zəng, Mobil TV kimi innovativ xidmətləri təqdimatı, ölkə ərazisi boyunca 80% əhatə dairəsinin yaradılması, bir çox sosial layihələrin həyata keçirilməsi olub.
Tədbirdə iştirak edən Azerfon şirkətinin baş direktoru Yurgen Pitz təqdim olunan mükafatı yüksək qiymətləndirərək bildirib ki, Azerfon şirkəti Nar Mobile brendi ilə Azəbaycan mobil rabitə bazarında dinamik inkişaf templərini nümayiş etdirir: "Abunəçilərin istək və tələblərinə cavab verən xidmət və məhsulların təqdim edilməsi bu inkişafın əsas göstəricilərindəndir. Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, Nar Mobile təqdim etdiyi yüksək keyfiyyətli xidmət, məhsul və münasib qiymət göstəricilərinə görə xalq rəğbətini qazanıb. Biz "Xalq Seçimi" mükafatına layiq görüldüyümüzdən çox məmnunuq. Bu mükafat abunəçilərə daima yüksək keyfiyyətli rabitə xidmətlərinin göstərilmə strategiyamızın uğurla həyata keçirilməsinin nəticəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB