Almanlar köhnə pul vahidlərini geri qaytarmağa çalışır - Araşdırma

Almanlar köhnə pul vahidlərini geri qaytarmağa çalışır - Araşdırma
Xarici mətbuatda "Almanlar köhnə pul vahidlərini geri qaytarmağa çalışır" adlı bir yazı diqqətimizi çəkdi. Dünya ölkələri avrodan istifadəni genişləndirdiyi bir vaxtda niyə almanlar köhnə pul vahidlərinə geri qayıtmaq istəyir? Bu barədə araşdırma aparmağa qərar verdik.

SİA-nın məlumatına görə, xarici ölkələrdə yeni il bayramı üçün edilən bazarlıqlarda alman markı qəbul edilir. Hətta bir çox mağazalarda alman istehsalı olan məhsulları alan zaman satıcıya dollar və ya avro deyil, mark versəniz satıcı pulu gülümsəyərək götürür və əvəzində müştərisinə lazımi diqqəti göstərir, çünki sonra banklarda Almaniyanın pul vahidi avro ilə dəyişdirilə bilir.

Maraqlı bir məqam var, bir tərəfdən alman markına artan maraq digər tərəfdən avroya qarşı böyük etibarsızlıq yaradıb. Bir zamanlar Almaniyada avronun Brandenburq qapısı (Berlinin başlıca simvollarından biri) kimi yerindən tərpədilə bilməyəcəyi düşünülərdi. Yəni avro elə bir əhəmiyyətə malik idi ki, onun haqqında nəyisə müzakirə etmək düşünüləcək ən son hadisə idi. İndi isə alman cəmiyyətində avronun gələcəyi ilə bağlı müzakirə edilən mübahisəli məsələlər getdikcə artır.

Bu yerdə diqqətinizə çatdıraq ki, Avroya qarşı etibarsız münasibətin qaynağı Yunanıstan və İrlandiyada yaşanan ciddi iqtisadi böhrandan sonra olub. Təbii ki, bu ilkin səbəb deyildi. Sadəcə bu qaynağı bir növ "Azalan etibara verilən təkan" kimi qiymətləndirə bilərik. Amma bundan əvvəl 16 ölkənin ortaq pul vahidi avronu istifadə etməkdən imtina etməsi xarici siyasət cəbhələrində müzakirələrə səbəb olurdu. Bir zamanlar etibarı və önəmi ilə dünyanı əhatə edən avro bugün Almaniyanın bir sıra inkişaf etmiş şirkətlərinin gündəmindəki müzakirə obyektinə çevrilib.

Almaniyada yaranan bu etibarsızlığı daha dəqiq göstərmək üçün müxtəlif xarici mətbuatlarda bir çox alman səlahiyyətlilərinin bu mövzuda yayımlanan şərhlərini topladım.

Almaniya Sənaye Federasiyasının (ASF) rəhbəri Hans-Olaf Henkel, BBC-dəki açıqlaması zamanı bildirib ki, avro Şimali Avropa ölkələrindən Cənubi Avropa ölkələrinə, əsasən də Yunanıstan və Portuqaliya kimi ölkələrə nəql ediləcək.

Xəbərdarlıq xarakteri daşıyan bu bildirişdə Henkel bunun qarşısını almaq üçün avronun iki hissəyə bölünməsinin şərt olduğunu deyib. Əks halda şimaldan cənuba pul axını baş verəcək. Henkelin BBC və bir neçə xarici mətbuat orqanlarındakı şərhlərinə nəzər saldığımız zaman ortaya çıxan nəticələr belədir: "Cənubi Avropa Şimalla müaqyisədə daha zəifdir, məhz buna görə də, Cənubi Avropada xüsusi avro tətbiq olunmalı, Fransa isə cənub bölgəsində qalmalıdır. Yəni, avropalı vergi mükəlləfiyyətçiləri yalnız bu üsulla üzərlərindəki yükdən qurtula bilərlər. Ümumiyyətlə, Şimal ölkələri büdcə baxımından daha möhkəm bir intizam içində olduqlarından ümumiyyətlə inflyasiyaya uğramırlar. Cənubdakılar isə zəif büdcə intizamına malikdirlər, buna görə də cənubda inflyasiyanın yüksək olması adi haldır".

Digər bir şərhdə Berlindəki İqtisadiyyat və Siyasət Fondunun nümayəndəsi Daniela Schvarzer Almaniyanın iqtisadi siyasətində Almaniya Mərkəz Bankının (Bundesbankın) əhəmiyyətini xüsusi qeyd edərək bildirib ki, avro özünü doğrultmadı: "İkinci Dünya Müharibəsi Almaniyanın iqtisadi siyasətinin aparıcı qüvvəsi Bundesbank idi. Müharibədən sonra almanların iqtisadiyyatı bu bankın səyləri nəticəsində dirçəldi. Almaniya öz pul vahidindən imtina edən zaman dövlət səlahiyyətliləri xalq qarşısında avronun mark ilə eyni təsirdə olacağına, iqtisadiyyatın inkişafına kömək edəcəyinə söz verirdilər. Amma hazırda şahid olduğumuz vəziyyət bu deyilənləri təkzib edir".

Bild jurnalının siyasət redaktoru Nikolaus Blome isə BBC-yə verdiyi açıqlaması zamanı Almaniyada avroya qarşı etibarsızlığın getdikcə artdığını deyib: "Almaniya avro mövzusunda hələ də tam əks fikir bildirmək isdəmir. Amma uzun illərdir avroya qarşı göstərilən bu sədaqəti getdikcə yerini böyük nigarançılığa verir. Artır avronun aqibəti Almaniyada sual doğurur. Avrodan böhran yaşayan ölkələrin sayı artdıqca onları xilas etməyin xərci də artır".

Indi isə maraqlı olan bir sual var, Almaniya 16 ölkənin istifadə etdiyi ortaq pul vahidindən imtina etsə əvvəlki kimi bu ölkələrin bir parçası ola bilərmi? Bunu da zaman göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə