ETSN-nin əməkdaşları Kürdəmirdə termal sularla isidilən istixana ilə tanış olublar
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 25 oktyabr 2018-ci il tarixində “Geotermal Agro” MMC-nin Kürdəmir rayonu Mollakənd kəndi ərazisində fəaliyyət göstərən və Azərbaycanda yeganə olan termal sularla isidilən istixanaları ilə tanış olub. SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu kimi alternativ enerji mənbələrindən geniş istifadə etməklə təbii sərvətlərin, tükənən enerji mənbələrinin qorunmasına, Paris razılaşmasından irəli gələn öhdəliyi yerinə yetirmək istiqamətində Azərbaycanda istilik effekti yaradan qazların konsentrasiyasının azaldılmasına töhfə verilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB