Bu gün ARDNŞ-nin Ekologiya İdarəsinin yeni saytının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ekoloji Layihələrin İdarə Olunması şöbəsinin rəisi Ramiz Əliyev, Ekologiya İdarəsinin ekoloji layihələr şöbəsinin rəis müavini Vüqar Kərimov və digər səlahiyyətli şəxslər iştirak ediblər.
Tədbiri giriş sözləri ilə açan Əliyev ilk olaraq yeni açılan sayt haqqında iştirakçılara bir sıra məlumatlar verib. O bildirib ki, yeni istifadəyə verilən sayt cəmiyyətin maarifləndirilməsi işində çox önəmli işlər görəcək: "ARDNŞ tərəfindən neftlə çirklənmiş torpaqların bərpası və yaşıllaşdırılması, tullantıların idarə olunması sahəsində fəal işlər aparılır. Ekologiya sahəsində yerinə yetirilən bütün layihələr haqqında məlumatlar mütəmadi olaraq ARDNŞ-nin və Ekologiya İdarəsinin rəsmi veb səhifəsində ictimaiyyətə çatdırılır. Daim yenilənən bu məlumatlar əhalinin maarifləndirilməsində əsas yer tutur".
Daha sonra çıxış edən Vüqar Kərimov sayt haqqında danışarkən bildirib ki, yeni sayt ARDNŞ-nin böyük bir qətiyyətlə çalışdığının göstəricisidir: "Əslində sayt 2008-ci ildən bəri fəaliyyət göstərir, amma Ekologiya İdarəsinin statik veb saytının bazasında müasir və beynəlxalq standartlara cavab verən yeni dinamik sayt yaradılıb. Saytın emblemində qara, yaşıl, mavi rənglərdən istifadə olunub. Burada qara rəng neftin, yaşıl rəng ekologiyanın, mavi isə havanın simvoludur. Yeni yaranan sayt daha dinamikdir və imkanları daha genişdir. Bu sayt vasitəsilə ARDNŞ-nin həyata keçirdiyi ekoloji layihələr daha geniş şəkildə ictimaiyyətə çatdırılacaq və maarifləndirmə tədbirləri yüksək səviyyədə həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB