Mərkəzi Bank ATƏT-in Bakı ofisi ilə birgə növbəti seminar keçirir
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin ATƏT-in Bakı ofisi ilə birgə əməkdaşlıq şəraitində 2010-cu ilin 16-17 dekabr tarixlərində "Maliyyə monitorinqi orqanlarının fəaliyyətinə dair beynəlxalq təcrübə" mövzusunda treninq-seminar təşkil edilib.
SİA-nın xəbərinə görə, seminar ATƏT-in dəstəyi ilə cəlb edilmiş Böyük Britaniyadan və İsveçrədən olan ixtisaslaşmış beynəlxalq ekspertlər tərəfindən Mərkəzi Bankın və Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları üçün keçirilir.
Seminarın əsas məqsədi Mərkəzi Bankın və Maliyyə Monitorinqi Xidmətinin mütəxəssislərinin pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qabaqcıl dünya təcrübəsi ilə tanış olmalarını təmin etmək, onların bu sahədə praktiki bilik və bacarıqlarının yüksəldilməsinə dəstək verməkdir. İki günlük seminar müddətində beynəlxalq ekspert tərəfindən edilən təqdimatlar pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində qlobal tendensiyalar, pulların yuyulması risklərinin idarə edilməsində bank sektorunun rolu, şübhəli əməliyyatlara dair hesabatların təhlili, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, pulların yuyulması tendensiyaları ilə bağlı tipologiya hesabatları və digər bu kimi praktiki mövzuları əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB