“BASF Caspian” yaşıl iqtisadiyyatı uğurla tətbiq edir

“BASF Caspian” yaşıl iqtisadiyyatı uğurla tətbiq edir

BASF konserninin məhsullarından istifadə istixana qazlarının atmosferə buraxılmasının həcmini üç dəfə azaltmağa imkan verir. SİA-nın xəbərinə görə, bunu "BASF Caspian" konserninin icraçı direktoru Ümit Başdaş bu yaxınlarda Bakıda keçirilmiş yaşıl iqtisadiyyatın tətbiqinə dair beynəlxalq seminarda çıxışında bildirib. Eyni zamanda, Sumqayıtın "BASF Kaspian Yapı Kimyasalları sanayi MMC" zavodunun baş direktoru olan Ümit Başdaş bildirib ki, "UBCCE" Qara dəniz və Xəzər dənizi Konfederasiyaları İttifaqının, "ATIB" Türkiyə-Azərbaycan İş Adamları Assosiasiyasının və Almaniyanın "GTZ" texniki əməkdaşlıq cəmiyyətinin təşkilatçılığı ilə keçirilən seminarda enerji səmərəliliyi və iqlim dəyişiklikləri problemləri müzakirə olunub.

O vurğulayıb ki, Azərbaycanda uğurlu əməliyyat fəaliyyəti həyata keçirməklə konsern respublikanın tikinti sektorunu qabaqcıl alman texnologiyaları əsasında istehsal edilən yüksək keyfiyyətli materiallarla təchiz edir. Dünya kimya sənayesinin nəhənglərindən sayılan Almaniyanın BASF konserni enerji təchizatı sahəsində böyük təcrübəyə malikdir. Bu təcrübə istehsal prosesinin uzun illər kompleks şəkildə öyrənilməsi nəticəsində toplanıb. Nəticədə atmosferə istixana qazlarının buraxılmasını xeyli azaltmaq mümkün olub. Məsələn, BASF günəş batareyaları üçün kimyəvi maddələr, külək turbinləri üçün ingibitorlar və s. istehsal edir. Eyni zamanda, konsern yaşıl iqtisadiyyatın statistikasının şəffaflığının da qayğısına qalır. Mütəmadi olaraq karbon qazı balansı haqqında hesabatlar dərc olunur.

Enerji səmərəliliyi, ehtiyatların qorunub saxlanması və yeni texnologiyaların inkişaf etdirilməsi məsələləri BASF-ın menecmentinin əsas tərkib hissəsidir. 2008-ci ildə konsern bu proseslərin inkişafına 400 milyon avrodan çox sərmayə qoyub. Ümit Başdaşın sözlərinə görə, innovasiya konsepsiyaları artıq indi konsernə enerji istehlakı sıfır olan evlər kimi enerjiyə qənaət layihələri həyata keçirməyə imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə