"Layihələrin idarə olunması" mövzusunda sahibkarlara təlim proqramı keçirilib
Bakıda "Menecment treninqi" layihəsi çərçivəsində "Layihələrin idarə olunması" mövzusunda treninq keçirilib. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) SİA-ya verilən məlumata görə, Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin tapşırığı ilə 2010-cu ilin iyul ayından 2011-ci ilin iyun ayınadək rəsmi qurumlar və özəl sektoru təmsil edən rəhbər işçilərə arzu olunan ixtisasartırma kurslarının keçirilməsi üçün infrastrukturun yaradılması məqsədilə "Menecment treninq" layihəsini həyata keçirir. Təlim proqramı Bakı Biznes Tədris Mərkəzinin və ASK-ın dəstəyi ilə həyata keçirilir.
Layihənin birinci mərhələsi çərçivəsində noyabrın 1-3-də İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzində seçilmiş trenerlər üçün "Layihələrin idarə olunması" mövzusunda "Trenerlərin Treninqi" təlim proqramı həyata keçirilib. Yüksək ixtisaslı beynəlxalq ekspertlərin dəstəyi ilə 14 yerli trener təlim proqramında iştirak edib. Bu trenerlər gələcəkdə Azərbaycanda ixtisasartırma sahəsində təlimlər keçirəcək.
Növbəti mərhələdə, noyabr ayının 11-dən dekabr ayının 11-dək 200 mütəxəssis və rəhbər işçinin "Layihələrin idarə olunması" mövzusunda 3 günlük seminar çərçivəsində təlimlərdə iştirak edəcəyi nəzərdə tutulsa da, ASK-da təşkil olunmuş həmin seminarlarda 173 nəfər iştirak edərək müvafiq sertifikat alıb.
Qeyd edək ki, 2011-ci ilin may-iyun aylarında layihə çərçivəsində "Bacarıqların inkişaf etdirilməsi" mövzusu üzrə müvafiq seminarların təşkili nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB