2010-cu ilin doqquz ayı ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 257 milyon dollar təşkil edib
Cari ilin doqquz ayı ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi 257 mln. dollar təşkil edib. SİA-nın xəbərinə görə, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Qazaxıstanın respublikasını yaranmasının 19 illik yubileyi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu göstərici 2008-ci ilə nisbətdə 2009-cu ildə qlobal böhranla əlaqədar təxminən iki dəfə aşağı düşüb.
Səfir eyni zamanda bütün bu göstəricilərə baxmayaraq bu il iki dövlət arasında ticarət dövriyyəsinin yenidən artmağa başladığını deyib." Hazırda iki dövlət arasında kı, əməkdaşlıq yüksək səviyyədə davam edir. Biz Azərbaycana taxıl ixracını da 4 dəfə artırmışıq. Bu il Azərbaycana 964 min ton taxıl ixrac etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB