Bu il Naxçıvanın su anbarlarına 195 milyon kubmetr su ehtiyatı yığılıb

Bu il Naxçıvanın su anbarlarına 195 milyon kubmetr su ehtiyatı yığılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası ərazisində olan Arpaçay Su Anbarına 130,8, Heydər Əliyev Su Anbarına 32,7, Bənəniyar Su Anbarına 15,4, Uzunoba Su Anbarına 7,2, Sirab Su Anbarına 4,6 milyon kubmetr olmaqla, ümumilikdə, sututarlara 195,3 milyon kubmetr su ehtiyatı yığılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən bildirilib ki, muxtar respublikada suvarmanı mütəşəkkil həyata keçirmək məqsədilə tərtib edilmiş qrafikə uyğun olaraq nasos stansiyalarında, hidrotexniki qurğularda təmir-bərpa işlərinin aparılması, kanallarda, arxlarda, kollektor və drenaj kanallarının lildən təmizlənməsi ötən dövrdə də diqqət mərkəzində saxlanılıb. Sututarlarda tələb olunan təmir işləri aparılıb və suvarma suyundan istifadəyə nəzarət artırılıb.

Su istifadəçilərinə 225,8 milyon kubmetr su verilib, bunun müqabilində 188 min 273 hektar torpaq sahəsi suvarılıb.

Cari aylarda 189 kilometr beton və torpaq kanal, 252 kilometr ara arxlar lildən təmizlənib, 62,7 kilometr yeni suvarma boru xətti, 9 kilometr yeni içməli su xətti çəkilib, 17 kilometr suvarma boru xətti, 46,6 kilometr içməli su xətti təmir-bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə