ARDNŞ rəsmisi: Azərbaycanda 10 min hektar neftlə çirklənən torpaq ərazisi mövcuddur ki, bunun da 6800 hektarı Abşeron yarımadasının payına düşür"
"Azərbaycanda 10 min hektar neftlə çirklənən torpaq ərazisi mövcuddur. Abşeron yarımadasında bu hardasa 6800 hektara yaxındır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekoloji Layihələrin İdarə edilməsi Departamentinin direktoru Ramiz Əliyev deyib. Onun sözlərinə görə, 2006-2010-cu illər üçün nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bibiheybət ərazisində 250 hektara yaxın çirkli torpaq sahəsi neftdən təmizlənib.
Eyni zamanda 30 hektara yaxın neftlə çirklənən torpaqlar Abşeron yarımadasında rekultivasiya olunub: "2008-ci ildən Dövlət Neft Şirkəti öz ekoloji siyasətini qəbul edib. Bu siyasətin əsas amillərdən biri yeni avadanlıqlarla təchiz olunan obyektlərdə və istifadə olan obyektlərdə istehsal zamanı ətraf mühitə sıfır tullantı prinsipi gözlənilməsidir. İkinci məsələ ekoloji siyasətdə önəmli yer tutan amillərdən biri də sənaye tullantılarının idarə olunmasıdır. Meydana gələn sənayə tullantılarını biz öz gücümüzə, hesabımıza yeni yaradılacaq tullantı mərkəzində tam təmizləyəcəyik. Bunun üçün artıq bizə Amerikanın "USTBİ" şirkəti tərəfindən qrant ayrılıb. Hazırda texniki əsaslandırma hazırlanır".
ARDNŞ-ın aktiv bazasında ekoloji layihələrin həyata keçirilməsi üçün mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini deyən Ramiz Əliyev növbəti mərhələ üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Neft Şirkəti tərəfindən ekoloji vəziyyətin yaxşılaşdırılması üçün proqramın hazırlandığını deyib: "Prezident İlham Əliyevin təsdiq etdiyi 2006-2010-cu illər üçün plan üzrə böyük layihələr görülüb. Ekoloji layihələr üzrə işlər davam etdiriləcək. Ən vacibi isə "Qazprom Germany" şirkəti ilə birgə apardığımız layihədir. Neft Daşları ilə bağlıdır. Böyük bir layihədir. Artıq bu layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qeydiyyatdan keçirilib. Hazırda motivasiya prosesindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB