“Kaspian Prodakşn Layn” MMC-də süd məhsullarının reseptura olmadan istehsal olunduğu müəyyən edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında yoxlamaları davam etdirir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə "Kaspian Prodakşn Layn" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 15 faiz və 25 faiz olan xama, yağlılığı 18 faiz olan kəsmiyin uyğunluq sertifikatı olmadan istehsal edildiyi, qatıq, dovğa, qazlaşdırılmamış ayran və yağlılığı 10 faiz olan xamanın üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, həmçinin süd məhsullarının reseptura olmadan istehsal edildiyi müəyyən edilib.
Yoxlama zamanı həmçinin, müəssisədə istehsal olunan dovğa, pəhriz kəsmiyi və yağlılığı 15 faiz olan xamanın üzərində istehsal tarixinin düzgün göstərilmədiyi (faktiki istehsal tarixindən sonrakı gün göstərilib), pəhriz kəsmiyinin qablaşdırılmasında istifadə olunan bükmə materiallarının uyğunluq və gigiyenik sertifikatının olmadığı aşkar edilib.
Qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında satışı dayandırılmış 1,6 ton süd məhsullarından nümunələr götürülərək laborator müayinəyə göndərilib. Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB