“Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar”
Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində Qeyri Hökumət Təşkilatları üçün “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda tədbir keçirəcək. SİA Əmlak Məsələləri Dövlət Komitəsindən aldığı məlumata əsasən xəbər verir ki, tədbirdə 30-dan çox ictimai birliklərin nümayəndələri, ekspertlər, xarici və beynəlxalq təşkilatlar iştirak edəcəklər. İctimai dialoq 2 oktyabr tarixində, saat 10:30-da Park Inn Baku Hotelinin Dan Ulduzu zalında baş tutacaq.
Daşınmaz əmlak sahəsində ilə bağlı tövsiyələrin alınması, birgə ideya bankının formalaşması tədbirin əsas prioritetlərindəndir. Eyni zamanda tədbir açıq cəmiyyət institutları ilə əməkdaşlıq prinsiplərinin müəyyən edilməsinə, ictimai təşkilatlar vasitəsilə vətəndaşlar arasında təbliğat işlərinin həyata keçirilməsinə, birgə layihələrin reallaşdırılmasına yönəlib. Bu birliklərin fəaliyyəti əsasında ictimai dialoqların aparılması, yaranan məsələlərin həll edilməsi də əsas vəzifələrdəndir.
Tədbir çərçivəsində əmlak idarəçiliyi ilə bağlı müxtəlif mövzularda təqdimatlar da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB