“Nar” yarım illik hesabatını və yenilənmiş brendini təqdim edib
“Nar” 2018-ci il üçün yarım ilin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, mobil operator bu dövr ərzində bir çox əhəmiyyətli dərəcədə artırmağa nail olub. SİA-nın xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə “Nar”-ın aktiv abunəçi bazası 6% artaraq, 2,1 milyon nəfərə çatıb. Abunəçi bazasının 56%-I Bakının, 44%-I isə regionların payına düşür.
Şəbəkə infrastrukturunun genişlənməsinə xüsusi önəm verən “Nar” il ərzində ölkə ərazisində 380 ədəd 4G,118 ədəd 3G stansiyası qurub. İlin sonuna qədər daha 387 ədəd 4G, 29 ədəd 3G baza stansiyuası qurulacaq. Bununla da 2018-ci il üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2674, 4G baza stansiyalarının sayı isə 1706-ya çatdırılacaq. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 37 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqaisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.
“Nar” çari il üçün satış üzrə də yüksək nailiyyətlər əldə edib. Ötən ilin müvafiq dövrü ilə müqaisədə pərakəndə satış üzrə 21%, səyyar satış komandasının yaradılması ilə ucqar kənd və ərazilərdə 77% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran mobil operator il ərzində 170-dən çox yeni korporativ şirkət cəlb edib. “Nar” korporativ müştəriləri üçün yeni sərfəli xidmətlər (smartfon, 4G data modem və portative internet daşıyıcısı) təklif edir.
“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke yarım ilin nəticələrini yüksək qiymətləndirib: “Biz bu il öz mövqeyimizi bazarda daha da gücləndirmişik. İrihəcmli investisiyalar yatırmaqla, şəbəkələrimizi genişləndirdik, keyfiyyətimizi əhəmiyyətli dərəcədə artırdıq. Amma bununla yanaı yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət strategiyası siyasətinə sadiq qalırıq.
Tədbir zamanı “Nar”-ın yenilənmiş brendi, süarı və reklam filmi təqdim olundu. Yenilənmiş brend müştərilərin ehtiyacını qarşılamaq, onların etibarlı tərəfdaşı olmaq məqsədi daşıyır. “Nar”-ın yeni “Çünki daha çoxuna layiqsən” süarı məhz bu xüsusiyyətləri özündə birləşdirir və abunəçilərə yönəlik strategiyanı özündə əks etdirir.”
Xatırladaq ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekomunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB