Sergey Lyovin: "Məqsədimiz regionlarda mühüm layihələr həyata keçirməkdir"
Azərbaycan Rusiyanın böyük ticarət tərəfdaşıdır. Ölkələrimiz, həmçinin regionlarımız arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Bu göstərici artıq 1 milyard dollar həcmindədir. SİA xəbər verir ki, bunu Rusiya Federasiyasının kənd təsərrüfatı nazirinin müavini Sergey Lyovin bu gün IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən "Aqrar sahədə əməkdaşlığın inkişafı" mövzusuna həsr edilmiş "dəyirmi masa"da çıxışında deyib.
O bildirib ki, Rusiya Azərbaycana böyük miqdarda taxıl məhsulları, Azərbaycan isə meyvə və tərəvəz məhsulları ixrac edir. Rusiya istehsalçıları Azərbaycana taxıl məhsulları ilə yanaşı, şəkər tozu, süd və digər kənd təsərrüfatı məhsulları göndərmək, birgə müəssisələr yaratmaqda maraqlıdırlar.
Nazir müavini vurğulayıb ki, hər iki ölkənin regionları arasında da əməkdaşlıq sahəsində böyük perspektivlər mövcuddur. Regionlarda mühüm layihələrin həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB