"Bakı və Moskva "yaşıl dəhlizlər"i inkişaf etdirməlidir"
"Rusiya Azərbaycana kənd təsərrüfatı texnikası və gübrə tədarük etmək, həmçinin Azərbaycanda istehsal olunmuş malları Rusiya ticarət şəbəkələrinə idxal etmək niyyətindədir". SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında bildirib.
Onun sözlərinə görə, Bakı və Moskva həmçinin iki ölkə arasında "yaşıl dəhlizlər", malların hərəkətini inkişaf etdirməlidir.
"Qarşımıza qoyduğumuz məqsəd – "yaşıl dəhlizlər", Rusiya ilə Azərbaycan arasında bütün istiqamətlərdə malların hərəkətidir. Biz planlı şəkildə işləyirik ki, maneələrin sayı azalsın", - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB