Əhalinin əmanətlərinin həcmi 36% artıb

Əhalinin əmanətlərinin həcmi 36% artıb
2010-cu il noyabr ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4874,4 milyon manat təşkil edib. Bunun 2887,5 milyon manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7% çoxdur. Bu barədə SİA-ya Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.

2010-cu il noyabrın 1-nə banklara qoyulan əmanətlərin 1308,5 milyon manatı (45,3%) Azərbaycan manatı ilə, 1579,0 milyon manatı (54,7%) isə xarici valyuta ilə cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə