Bakıda bankomatların sayı artır
2010-cu il noyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1868 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 ədəd çoxdur. Bu barədə SİA-ya Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib. Cari ilin noyabrın 1-nə bankomatların 1036-sı Bakı şəhərində, 832-si isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 7878 ədəd olub. Cari dövrdə pos-terminalların 7068-i Bakı şəhərində, 810-u isə digər regionlarda yerləşir.

2010-cu ilin noyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 4 mln. 103 min ədədə çatıb.

Qeyd edək ki, bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayının 3 milyon 910 min ədəd olduğu bildirilib ki, onların da 94,8%-i debet kartlarının payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə