2010-cu il noyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9065,2 milyon manat təşkil edib. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artıb. Kredit qoyuluşlarının cəmisi 454,0 milyon manatı (5%) vaxtı keçmiş kreditlərin payına düşüb.
Kreditlərin 29,3%-inin və ya 2655,8 milyon manatının ev təsərrüfatlarına verildiyi bildirilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2183,8 milyon manat (24,1%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 464,1 milyon manatı (5,1%), sənaye və istehsalın payına isə 662,9 milyon manatı (7,3%) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1036,3 milyon manatı və ya 11,4%-i, kənd təsərrüfatı və emalına 442,4 milyon manatı və ya 4,9%-i, inşaat və əmlak sahəsinə 620,6 milyon manatı (6,8%), digər sahələrə isə 47,9 milyon manatı və ya 0,5%-i yönəldilib.
2010-cu il noyabrın 1-nə kreditlərin 2516,9 milyon manatı (27,8%) qısamüddətli, 6548,3 milyon manatı (72,2%) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3938,5 milyon manat (43,4%), özəl banklar tərəfindən 4935,1 milyon manat (54,5%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 191,6 milyon manat (2,1%) kredit qoyulub.
Qeyd edək ki, kreditlərin 5680,5 milyon manatı (62,7%)-i Azərbaycan manatı ilə, 3384,8 milyon manatı isə (37,3%)-i xarici valyuta ilə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB