Pul kütləsinin həcmi 36% artıb
2010-cu il noyabr ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 7 mlrd. 314,5 mln. manat təşkil edib. Bu barədə SİA-ya Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7% artıb.

2010-cu il noyabrın 1-nə olan pul kütləsinin 4 milyard. 942,6 milyon manatı nağd pul vəsaitlərinin, 1 milyard 057,3 milyon manatı tələb edilənədək vəsaitlərin, 1 milyard 314,6 milyon manatı isə müddətli depozitlərin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə