“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemləri ilə bağlı dəyişiklik edilib

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemləri ilə bağlı dəyişiklik edilib

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edib. SİA xəbər verir ki, müvafiq qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) üzrə MBNP-nin Mərkəzləşdirilmiş Kredit Reyestri “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”ndan çıxarılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə