“Azərkimya” işçi qəbulu ilə əlaqədar müsabiqə keçirib

“Azərkimya” işçi qəbulu ilə əlaqədar müsabiqə keçirib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində kimya müəssisələrinin energetika sahəsində işləmək istəyən gənc mütəxəssis və peşə sahiblərinin işə qəbulu üzrə müsabiqə keçirilib. "Azərkimya"dan SİA-ya verilən xəbərə görə, test üsulu ilə keçirilən yoxlamalarda iddiaçılar 20 suala cavab veriblər. Kimya sənayesinin xüsusilə böyük məsuliyyət tələb edən energetika sahəsi üzrə keçirilən müsabiqədə iştirak edən hər bir gənc mütəxəssis və ixtisaslı fəhlə yüksək bilik, qeyri-standart vəziyyətlərdən operativ çıxış yolu tapmaq bacarığı nümayiş etdirməli, bu sahədə çox mühüm əhəmiyyət kəsb edən təhlükəsizlik texnikası qaydalarını mükəmməl bildiklərini göstərməli idilər.

Gənc energetiklərin sınaq test yoxlaması "Azərikimya" İB-nin təcrübəli mütəxəssisləri, hüquqşünas və kadr işçilərindən təşkil olunmuş xüsusi komissiya tərəfindən aparılıb. Müsabiqədə iştirak edən 30-a yaxın mütəxəssisin nəticələri komissiya üzvləri tərəfindən cavab kartları diqqətlə yoxlanıldıqdan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə