Eyyub Hüseynov: "Spirtli içkilərin ixracının artması Azərbaycanın ticarət imkanlarının artması ilə əlaqədardır" - AÇIQLAMA

Eyyub Hüseynov: "Spirtli içkilərin ixracının artması Azərbaycanın ticarət imkanlarının artması ilə əlaqədardır" - AÇIQLAMA
Azərbaycanda son zamanlarda spirtli içkilərin ixracı 20% artıb. Bunun səbəblərini SİA-ya açıqlaması zamanı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov izah edib. Onun sözlərinə görə, Azərbaycanın xarici bazarlara çıxma imkanı inkişaf etdikcə ixracların bu cür artımı tez-tez müşahidə ediləcək: "Spirtli içkilərin ixracının artması Azərbaycanın ticarət imkanlarının artması ilə əlaqədardır. Çünki xarici bazarlara çıxmaq imkanı əldə etdikcə məhsulların ixracı üçün yol açılır".

Sədr bildirib ki, Azərbaycanın ticarət dövriyyəsi 41% artıb, bu da öz növbəsində ixracata təsir edən amillərdən biridir.

Məsələnin Azərbaycanda spirtli içkinin az içilməsi ilə əlaqəsi olub-olmadığı sualını cavablandıran Eyyub Hüseynov bunun da artan ixraca səbəb ola biləcəyini qeyd edib: "Bilirik ki, Azərbaycan müsəlman ölkəsidir. Bununla yanaşı Azərbaycan dünya ölkələri ilə müqayisədə spirtli içkilərin az içildiyi ölkədir. Təbii ki, emal edilən edilən spirtli içkinin öləmizdə az istifadə edilməsi də başqa ölkələrə ixracı artırır. Bu tək spirtli içkidə deyil, bütün məhsullarda belədir. Əgər məhsul ölkə daxilində istifadə edilmirsə bu xaricə olan ixracı artırır. Təbii ki hər cür şəraitdə nəzərə almalıyıq ki, ixracın artması ölkəmizin illik gəlirlərini artırır".

Bütün xəbərlər Facebook səhifəmizdə