Parlamentin qarşıdan gələn 2018-cil il payız sessiyasında bir çox qanunlara mühüm dəyişikliklər ediləcək. Bu sırada daha çox iqtisadi qanunvericilklə bağlı sənədlər gəlir.
SİA-nın məlumatına görə, “Loreteyalar haqqında”, “Banklar haqqında” qanunlara və Vergi Məcəlləsinə ciddi dəyişikliklər ediləcək. Həmçinin, bir sıra digər iqtisadi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunlara düzəlişlər olunacaq.
Dəyişiklilklər ediləcək qanunlar paket halında Milli Məclisə (MM), o cümlədən, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim olunub və komitənin payız sessiyasında keçiriləcək ilk iclasında müzakirəyə çıxarılaraq, sessiyanın plenar iclasına tövsiyə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB