İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ucar rayonunda sahibkarların investisiya layihələrinin qəbuluna başlayır
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il dekabrın 3-də Ucar rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ucar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
1-intensiv heyvandarlığın (o cümlədən camışçılığın), ətlik istiqamətli quşçuluğun və bağçılığın (nar, heyva, xirnik və s.) inkişafı
2-meyvə və tərəvəz məhsullarının saxlanılması üçün müasir tələblərə cavab verən soyuducu anbar kompleksinin yaradılması
"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB