Sabirabad, Saatlı, İmişli rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq

Sabirabad, Saatlı, İmişli rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq
"Azadkənd - İmişli" magistral qaz kəmərinin 7-8-ci kilometrliyindəki qaynaq birləşmədə baş vermiş qaz sızmasının ləğvi ilə əlaqədar 08 dekabr 2010-cu il tarixdə saat 8:00-dan etibarən təbii qaz təchizatı dayandırılacaq. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən xəbərə görə, təmir müddətində Sabirabad, Saatlı, İmişli rayonları ərazisinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə