“Şahdəniz” layihəsi üzrə gəlirlər açıqlanıb

“Şahdəniz” layihəsi üzrə gəlirlər açıqlanıb

2007-ci ildən cari il sentyabr ayının 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirləri 2 milyard 506 milyon ABŞ dolları olub. Bu barədə SİA-ya ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, cari ilin əvvəlində “Şahdəniz” layihəsi çərçivəsində xarici sərmayəçilər tərəfindən Neft Fonduna 108 milyon dollar əlavə bonus ödənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə