Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına müraciət edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına müraciət edib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tariflərlə bağlı Tarif Şurasına müraciət edib. SİA-nın verdiyi xəbərə görə, bu sözləri rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, təklif olunan tariflər ölkədə fəaliyyət göstərən mobil operatorlar arasında müzakirə olunduqdan sonra şuraya təqdim olunub. Onun sözlərinə görə, qiymətlərlə bağlı Tarif Şurasının növbəti iclasından sonra fikir söyləmək mümkün olacaq: "Həm beynəlxalq danışıqlarda, həm respublika ərazisində, həm telefonların çəkilişində, həm də aylıqlarda yeniliklər gözlənilir. Təbii ki, qərar Tarif Şurası tərəfindən qəbul olunur. Ümumiyyətlə nazirlik tərəfindən son dövrlər tariflərin endirilməsinin şahidiyik. Layihədə bir neçə variantlar mövcuddur. Burada təbii ki, tariflərin endirilməsi əsas variantlardandır. Bu birtərəfli həll olunmur. Amma buna baxmayaraq yaxın vaxtlarda tariflərin aşağı düşməsi gözləniləndir".

Bütün xəbərlər Facebook səhifəmizdə