Yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət laboratoriyası fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət üzrə beynəlxalq standartlara uyğun mərkəzi qida sınaq laboratoriyasının yaradılmasına dair İqtisadi İnkişaf Nazirliyinə (İİN) tapşırıq verilib. Bu barədə SİA-ya İİN-in mətbuat xidmətindən xəbər verilib.
Həmin tapşırığa uyğun olaraq, İİN-nin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə yeni laboratoriya istifadəyə verilib.
Yeyinti məhsullarının (ət və ət məhsulları, balıq, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar və s.) fiziki-kimyəvi, bioloji və toksikoloji göstəricilərinin qısa müddət ərzində və yüksək həssaslıqla təyin edilməsi üçün laboratoriyada hər cür şərait yaradılıb. Laboratoriya dünyanın tanınmış "Varian", "Simens", "Labart", "Orka Food", "Esco Biotech", "Şmartze" kimi şirkətlərinin istehsalı olan ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçirilib.
Qeyd edək ki, hazırda laboratoriyanın beynəlxalq İSO 17025 standartı üzrə akkreditasiyadan keçirilməsi üçün işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB