Büdcədən maliyyələşən istehlakçılar yarım ildə 2,1 milyon manatlıq təbii qaza qənaət edib
Büdcədən maliyyələşən istehlakçılar yarım ildə 2,1 milyon manatlıq təbii qaza qənaət edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bu ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,6 faiz artaraq 125,3 milyon manat olub.
İstehlakın ümumi dəyərinin 66,5 faizini elektrik enerjisi, 14,1 faizini təbii qaz, 8,1 faizini su, 6,7 faizini rabitə xidmətləri, 4,6 faizini isə istilik enerjisi təşkil edib.
Altı ayda büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94 faizini ödəyib və 7,5 milyon manat kreditor borc yaranıb.
Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilmiş limitin ümumilikdə 97,1 faizindən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və 0,4 milyon manatlıq istilik enerjisinə qənaət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB