Suriya Azərbaycandan qaz idxal edəcək

Suriya Azərbaycandan qaz idxal edəcək
Azərbaycan və Suriya arasında imzalanan müqaviləyə əsasən Suriya Azərabaycandan qaz idxal edəcək. SİA-nın "Bloomberq"ə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın neft nazirinin müavini Həsən Zainab deyib. Onun sözlərinə görə, iki ölkə arasında imzalanan sənədin son detalları Suriya neft rəsmilərinin noyabrda Bakıya səfəri zamanı müzakirə edilib.

H. Zainab bildirib ki, Suriya Azərbaycandan gün ərzində 3.5 milyon kub metr qaz idxal edəcək: "Qazın 2011-ci ilin sonuna qədər daşınması nəzərdə tutulub. Daha dəqiq vaxt isə Suriya və Türkiyə qaz boru xəttinin tikilişindən sonra müəyyən olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə