İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Üzvi Sintez Zavodunun ərazisində "Leyla-R" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı polietilen torbaların gigiyenik sertifikatı olmadan istehsal edildiyi, həmçinin həmin torbaların etiketlərində təyinatına uyğun olaraq "Ərzaq malları üçün" və ya "Qeyri-ərzaq malları üçün" sözləri göstərilməməklə istehlakçılara zəruri məlumatların verilmədiyi müəyyən edilib. Bu barədə SİA-ya İİN-in mətbuat xidmətindən məlumat verilib.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar, polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, habelə gigiyenik sertifikatı olmadan istehsal edilmiş və üzərində istifadə təyinatı barədə istehlakçılar üçün zəruri məlumatlar qeyd edilməyən 3,2 ton polietilen torbanın satışının qadağan edilməsi barədə "Leyla-R" firmasına icrası məcburi göstəriş verilib.
Dövlət Xidməti istehlakçılara ərzaq malları üçün polietilen torba alarkən, habelə ticarət şəbəkələrində aldıqları ərzaqlar polietilen torbalara yığılarkən, həmin torbaların etiketlərinə diqqət yetirməyi, ərzaq malları üçün yalnız etiketlərində "Ərzaq malları üçün" sözləri qeyd olunmuş polietilen torbalardan istifadə etməyi tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB