Vüsal Qasımlı: “Əgər neft 10 dollar bahalaşsa, Azərbaycanın nəzərdə tutulan illik gəliri 2.5 milyard dollar artacaq”
"Neftin qiymətinin artmasının fundamental səbəbi ondan ibarətdir ki, dünyada iqtisadi böhran getdikcə zəifləyir və dünya iqtisadiyyatı yenidən bazar dövrünə qədəm qoyur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüsal Qasımlı deyib. Ekspert bildirib ki, beynəlxalq valyuta fondunun hesablamalarına görə, dünya iqtisadiyyatı böhrandan əvvəlki artım templərini bərpa etmək üzrədir: "Məlumdur ki, dünya iqtisadiyyatının bərpa olunduğu bir dövrdə həmin iqtisadiyyatın enerji daşıyıcıları və enerji resurslarına olan təlabatı böhrandan əvvəlki dövrdən də çox olur. Artıq bu il üçün dünyada 4-5 faiz iqtisadi artım gözlənilir. Bu artım daha çox Çin, Hindistan kimi enerji məhsulları idxal etmək imkanına malik olan ölkələrin hesabına mümkün olur. Neftin qiymətinin qalxmasının ilk səbəbi ondan ibarətdir ki, neftə olan təlabat artdıqca onun qiyməti də artır".
Neftin qiymətindəki artımı dolların dəyərini itirməsi ilə yaxından əlaqələndirən ekspert bunun əsas səbəblərdən biri olduğunu fikirləri ilə əsaslandırıb: "Təbii ki, avro və dolların arasındakı yarışın qiymətləndirmədə ciddi təsiri var. Biz həmişə şahidi olmuşuq ki, dolların qiyməti aşağı düşdükdə neftin qiyməti bahalaşır, çünki neftin satış valyutası dollardır. Bu da o deməkdir ki, dollar nə qədər ucuz olacaqsa, neftin hər barelinə o qədər çox dollar tələb olunacaq. Bu isə təbii haldır".
Bütün bunlarla yanaşı, artan qiymətlərin Azərbaycanın xeyrinə olduğunu deyən ekspert illik gəlirin artacağını qeyd edib: "Bütün hallarda nəzərə almalıyıq ki, Azərbaycan neftin və qazın bahalaşmasından gəlir götürən bir ölkədir. Dünya bazarlarında hər barelə görə neftin 1 dollar bahalaşması Azərbaycanın illik gəlirini təxminən 250 milyon dollara qədər artırır. Bu da olduqca böyük ədəddir. Əgər neft 10 dollar bahalaşsa, Azərbaycanın nəzərdə tutulan illik gəliri 2.5 milyard dollar artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB