109 xidməti yenidən qurulacaq
Gələn il ölkədə109 xidməti yenidən qurulacaq. Bu barədə SİA-ya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktoru Beytulla Hüseynov məlumat verib. O bildirib ki, yeni xidmət Dilmancla birgə həyata keçiriləcək: "Bilirsiniz ki, 109 xidmətində iki şöbə 109 və redaksiya şöbəsi fəaliyyət göstərir ki, respublika üzrə bütün nömrələr orada cəmləşib. Hazırda nömrələrin redaksiya şöbəsində işlər aparılır. Yaxın zamanda bu işlər yekunlaşacaq. Hesab edirəm ki, redaksiya şöbəsindəki işlər başa çatdıqdan sonra 109 xidmətinə Dilmanc tətbiq ediləcək.

Açıqlaması zamanı ölkədə videotelefoniya xidmətlərindən istifadəsinə də toxuanan B.Hüseynov söyləyib ki, Azərbaycanda belə abunəçilərin sayı azdır. Bu xidmətlərdən istifadə edə biləcək NGN texoplogiyası əsasında telefon nömrələrinin olduğunu deyən BTRİB-nin baş direktorunun sözlərinə görə, həmin abonentlərə istənilən multimedia xidmətlərinin verilməsi mümkündür: "Bura sürətli internet, videotelefoniya və digər xidmətlər daxildir. Bundan yalnız NGN texnologiyasını qəbul edən ATS-lərdən istifadə edən abunəçilər yararlana bilər. Hazırda bununla bağlı bizə müraciət edənlərin sayı azdır. Lakin sürətli internet abunəçilərinin sayı çoxaldıqca bu xidmətlərə də təlabat artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə