Cari ilin yanvar-iyul aylarında paytaxtda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal edilib. SİA-nın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 4,4 faiz, tütün məmulatlarının istehsalı 71,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 78,3 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 2 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 1,6 faiz, kağız və karton istehsalı 13,6 faiz, poliqrafiya məhsullarının istehsalı 3,4 dəfə, mebel istehsalı isə 31,7 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB