Cari ildə rabitə sahəsində ümumi gəlirin 30 faiz artacağı gözlənilir-VİDEO

Cari ildə rabitə sahəsində ümumi gəlirin 30 faiz artacağı gözlənilir-VİDEO
9 ayın yekunlarına görə rabitə sahəsində ümumi gəlir artımı 33 faiz olub. SİA-nın verdiyi xəbərə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, ilin sonuna qədər ümumi gəlir artımının təxminən 30 faiz təşkil edəcəyi gözlənilir.

Onun sözlərinə görə, bu rəqəm orta ümumdünya göstəricisindən təxminən 3 dəfə çoxdur: "Biz artıq bir neçə ildir ki, bu tempi saxlayırıq. Bildiyiniz kimi bu yaxınlarda Beynəlxalq Telekomnmunikasiya İttifaqının hesabatlarının birində Azərbaycan son 5 ildə İKT sahəsində ən dinamik inkişaf edən 10 ölkə arasındadır. Biz bu tempi gələn il də saxlayacağıq".

. Gələn il rabitə işçilərinin peşə bayramlarının 130 illiyinin qeyd olunacağını dilə gətirən Ə.Abbasov vurğulayıb ki, bununla bağlı xüsusi hazırlıq işləri görüləcək: "Belə ki, Azərbaycan rabitəsinin 130 illiyi münasibətilə 2011-ci ildə keçiriləcək Bakutel beynəlxalq konfrans və sərgisi builki həçmindən ən azı iki dəfə çox olacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə