Azərbaycana gətirilən buğda və un ƏDV-dən azad edildi

Azərbaycana gətirilən buğda və un ƏDV-dən azad edildi

"Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə qərarına əsasən buğda unu və ya buğda-çovdar unu əlavə dəyər vergisindən azad olunub. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata əsasən, qərar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul olunub.

 

Qərar 2011-ci il avqustun 1-dək qüvvədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə