Peşə bayramları ilə əlaqədar bir qrup rabitəçi mükafat aldı-VİDEO
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 6 dekabr rabitəçilərin peşə bayramı ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, nazir müavinləri Elmir Vəlizadə, İltimas Məmmədov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, digər rəsmi şəxslər və rabitə işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov rabitə sahəsinin tarixi haqqında məlumat verib. 1969-cu ilə qədər ölkəmizin rabitə sahəsindəki inkişafın zəif olduğunu deyən M. Əmirov vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi bu sahədə də inkişaf müşahidə edilməyə başlayıb.
O söyləyib ki, hazırda ölkəmizdə rabitə sahəsinə göstərilən diqqət Azərbaycanın bu sahədə liderliyinə səbəb olub. O qeyd edib ki, bu sahəyə olan diqqət rabitə işçilərini daha da ruhlandırır: "Cari ildə Prezident İlham Əliyevin sərəncamı və nazir Əli Abbasovun əmri ilə bir qrup rabitə işçilərinə mükafatlar və fəxri fərmanlar təqdim edilib".
Daha sonra tədbirdə KİVDF-in RİTN-lə birgə jurnalistlər arasında keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb. Həmçinin bir sıra rabitə işçilərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyasının sıralarına daxil olanlara isə vəsiqələr təqdim edilib.
Tədbirin yekununda çıxış edən nazir Əli Abbasov rabitə işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, gələn il rabitə işçiləri peşə fəaliyyətinin 130 illiyini qeyd edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB