Təbii qazın verilişində fasilələr yaranacaq

Təbii qazın verilişində fasilələr yaranacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq. "Azəriqaz"dan SİA-ya verilən məlumata görə, yeni çəkilən avtomobil yolunun tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan diametri 1020 mm-lik “Astara-Qazıməmməd” magistral qaz xəttinin birinci xətti ilə kəsişən hissəsində borunun dəyişdirilməsi həmçinin futlyarın quraşdırılması zəruriyyəti ilə əlaqədar 28 avqust 2018-ci il tarixindən etibarən üç gün müddətində təmir işləri aparılacaq.

Zəruri təmir işləri ilə əlaqədar, Masallı rayonunun yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə