Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri ucuzlaşıb
Noyabrda dəniz nəqliyyatı vasitəsilə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə yükdaşıma tarifləri 0,2 faiz aşağı düşüb.
SİA-nın xəbərinə görə, Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 0,7 faiz ucuzlaşıb. MDB ölkələrinə və uzaq xaricə sərnişindaşımada tariflər isə müvafiq olaraq 16,7 və 0,4 faiz bahalaşıb.
Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,9 faiz ucuzlaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 24,4 faiz, şəhərətrafı və şəhərdaxili yükdaşıma 24,7 faiz, işəmuzd tarif 19,1 faiz artıb. Bir saatlıq işə görə yükdaşıma tarifləri isə 0,4 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB