Google 2 milyard dollara bina alıb
Google şirkəti yeni bina alıb. SİA-nın xəbərinə görə, Manhettenin internet və elektrik infrastrukturu ən yaxşı olan sahəsində 500 min kvadrat metr böyüklüyündə olan binanın alınması üçün 2 milyard dollar pul ayrılıb.

Binanın ən böyük xüsusiyyəti New-Yorkun ən yaxşı internet şəbəkəsi və elektrik infrastrukturu ilə təchiz edilən sahəsində olmasıdır.

2.9 milyon kvadrat metr ərazisi olan, bütöv şəhər bloku ilə təchiz edilmiş Chelsea binası isə Google-nin yeni binasının yaxınlığında yerləşir. Əmlak mütəxəssislərinin fikrincə, getdikcə inkişaf edən Google-nin bu addımı 2010-cu ilə öz damğasını vurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə