Avropa İttifaqı bankların xilas edilməsinə 4,6 trilyon avro ayırıb

Avropa İttifaqı bankların xilas edilməsinə 4,6 trilyon avro ayırıb

Avropa İttifaqı (Aİ) 2008-ci ilin payızında dünya iqtisadi böhranı baş verəndən bəri bank bölməsinin xilas edilməsi üçün təxminən 4,6 trilyon avro vəsait ayırıb. Aİ-nin rəqabət üzrə komissarı Hoakin Almuniya bildirib ki, birliyin üzvləri böhranla əlaqədar maliyyə sabitliyinin qorunması üçün böyük məbləğdə vəsait sərf ediblər.

Onun sözlərinə görə, həmin vaxtdan indiyədək Avropa Komissiyası Aİ-yə üzv ölkələrin maliyyə sektoruna yardım məqsədilə ümumilikdə 4 trilyon 589 milyard avro ayrılmasına icazə verib.

Bu qədər vəsaitin 850 milyard avrosu Böyük Britaniya banklarına verilib. İrlandiyanın kredit-maliyyə qurumlarına 723 milyard avro ayrılmışdır ki, bu da onların ümumi milli məhsul istehsalının həcmindən 4 dəfə artıqdır. Almaniya bankları isə 592 milyard avro ilə "kifayətlənməli" olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə