Rusiya və Kazaxıstandan olan turist qrupu “Yaşıl çay” MMC-də
“Yaşıl çay” fermer təsərrüfatına gələn turistlərin sayı artmaqda davam edir. SİA-nın məlumatına görə, Lənkəran Turizm Mərkəzinin direktoru İlqar Əzimovun müşaiyəti ilə nöbəti turist dəstəsi “Yaşıl çay” FT MMC-də olublar. Turistləri müəssisənin direktoru Araz Yağubov qonaqları çay plantasiyasında qarşılayıb. Rusiya və Qazaxıstandan olan turistləri salamlayan Araz Yağubov onlara Azərbaycanda çayçılığın yaranma tarixindən, bu sahəyə dövlət qayğısından, rəhbərlik etdiyi təsərrüfatın fəaliyyət sahələrindən və gələcək planlarından geniş məlumat verib. Bildirib ki, müəssisədə əsasən çayçılıq, heyvandarlıq, həmçinin baramaçılıq və sitrusçuluğun inkişafı üçün tədbirlər görülür. Müssisənin öz çay emalı və qablaşdırıcı sexi var.Burada hələlik 16 növdə çay emal edilərək qablaşdırılır. Təbii və qatqısız olan bu çaylar qısa müddətdə əhali arasında geniş rəğbət qazanıb.
Qonaqlar onlara göstərilən diqqətə görə Araz Yağubova minnətdarlıqlarını bildiriblər.
Sonra çay plantasiyasında xatirə şəkili çəkilib.
Qeyd edək ki,41 nəfərdən ibarət turist qrupu Rusiya Federasiyasından və Kazaxıstandan olublar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB