Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda audit keçirilib
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Türk Standartları İnstitutunun nümayəndələri tərəfindən TS EN İSO 9001:2008 Keyfiyyət, TS EN İSO 14001:2004 Ekologiya və TS 18001:2008 əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə növbəti audit keçirilib, beynəlxalq standartların tələblərinin zavodda yerinə yetirilməsi vəziyyəti yoxlanılıb. ARDNŞ-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu münasibətlə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Türk Standartları İnstitutunun baş auditoru Məhməd Yıldırım, İnstitutun Azərbaycandakı təmsilçisi Xatirə Salahova və zavodun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin əməkdaşları, eləcə də digər mütəxəssislərin iştirakı ilə tədbir keçirilib.
Toplantını giriş sözü ilə zavodun Baş mühəndisi, direktorun birinci müavini Nail Əmirov açaraq qeyd edib ki, ötən müddət ərzində zavodun dünya standartlarına uyğunlaşdırılması istiqamətində mühüm işlər görülüb, müəssisədə istehsal olunan neft məhsullarının dünya bazarında mövqeyini möhkəmləndirmək üçün Beynəlxalq standartların tələblərinə ciddi riayət olunub. Türk Standartları İnstitutunun baş auditoru Məhməd Yıldırım Heydər Əliyev adına BNEZ-də görülən işlərdən razı qaldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB