Bu il Azərbaycana 11 min 700 ədəd avtomobil gətirilib

Bu il Azərbaycana 11 min 700 ədəd avtomobil gətirilib

Bu ilin yanvar-iyul ayında Azərbaycana idxal edilən avtomobillərin sayı 11 min 700 ədəd olub. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 69 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 min 402 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1157 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə