2010-cu ilin noyabr ayında xam neftin ixracı

2010-cu ilin noyabr ayında xam neftin ixracı
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin noyabr ayında Novorossiysk limanından 293 min 977 ton xam neft ixrac edib. Bu barədə SİA-ya ARDNŞ-ın mətbuat xidmətindən məlumat verilib.

2010-cu ilin yanvar-noyabr ayları ərzində həmin istiqamətdə 2 milyon 74 min 478 ton xam neft ixrac edilib. Noyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 85,33 dollara, Urals nefti – 84,74 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 86,13 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə