ASİHMDX "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir

ASİHMDX "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir
İqtisadi İnkışaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (ASİHMDX) küçə reklamlarının yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərini davam etdirir. Bu barədə SİA-ya İİN-in mətbuat xidmətindən məlumat verilib.

Aparılan monitorinqlər zamanı "Optimal Electronics" MMC və "Final dərgisi dərshanələri" hazırlıq kursları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən hazırlanmış reklam materialları müəyyən olunmuş, yol verilən qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib.

Bundan əvvəl də Dövlət Xidməti tərəfindən 18 təsərrüfat subyektinə məxsus küçə reklamlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib və bu reklamların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin olunub.

ASİHMDX reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə