İrana tətbiq edilən sanksiyalar məzənnəyə təsir edəcəkmi? EKSPERT RƏYİ

İrana tətbiq edilən sanksiyalar məzənnəyə təsir edəcəkmi? EKSPERT RƏYİ

“Bildiyiniz kimi Rusiya rublu ötən gün bir gün ərzində dəyərini 100 faiz itirdi və eyni zamanda Türkiyə lirəsi hazırkı dəqiqələrdə belə qeyri-müəyyən istiqamətdə sürətlə dəyərsizləşir. Bu axımdan deyə bilərik ki, region ölkələrinin milli valyutaların qiymətində dəyişiklik bundan sonrakı dövrdə faktiki olaraq konnekturun hansı istiqamətdə dəyişməsindən asılı olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

İranın valyuta bazarında çox ciddi problemlərin olduğunu deyən ekspert söyləyib ki, hazırda sözügedən ölkədə rəsmi məzənnə ilə real məzənnə arasında 3 dəfə fərq var: “Bildiyiniz kimi ABŞ tərəfindən İrana qarşı sanksiyalar tətbiq olunub. Bu sanksiyaların qüvvəyə minməsi ilə problemlər daha da dərinləşir. Azərbaycanda da son günlər devalvasiya ilə bağlı informasiyaların gündəmə gəlməsinin əsas səbəbi qonşu ölkələrin valyuta bazarlarında formalaşan illeqal dövriyyədir”.

Ekspert söyləyib ki, müəyyən qruplar Azərbaycana illeqal xarici valyuta axınında da maraqlı ola bilərlər: “Azərbaycan hökuməti bu cəhdlərin qarşısının alınması istiqamətində ciddi addımlar atır. Düzgün informasiyaların yayılması nəticəsində cəmiyyətin özündə də valyuta məzənnəsində baş verən dəyişikliklər kəskin ajiotajlar yaradır”.

Ölkəmizdə 2020-ci ildə tam üzən məzənnə sisteminə keçiriləcəyini xatırladan R. Həsənov vurğulayıb ki, bu sistem zamanı neftin dünya bazarında qiymətinin dəyişməsi nəticəsində məzənnədə də bu dəyişmə öz əksini tapacaq: “Azərbaycan iqtisadiyyatı ilə bağlı açıqlanan pozitiv rəqəmlərin birbaşa məzənnəyə təsirini görəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə