"Azərenerji" əhaliyə müraciət etdi: diqqətli olun

"Azərenerji" əhaliyə müraciət etdi: diqqətli olun

"Sistemtəşkiledici xətlərin altında baş verən yanğınlar enerji sisteminin təhlükəsizliyi üçün ciddi fəsadlar yaradır və enerji infrastrukturuna böyük ziyan vurur". Bunu SİA-ya açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlı bildirib ki, yanğının təsirindən havanın ionlaşması elektrik verilişi xətlərində qısaqapanmaya səbəb olur ki, bu da şəbəkədə açılmaya gətirib çıxarır: "Nəticədə, elektrik enerjisinin ötürülməsində fasilələr yaranır və sistemin dayanıqlığı pozulur. İnanırıq ki, bununla əlaqədar aidiyyatı qurumlarla birgə kompleks tədbirlər həyata keçiriləcək və belə neqativ halların qarşısı alınacaqdır. Bir daha, bu məsələ ilə bağlı əhalidən diqqətli davranmağı və vətəndaş mövqeyi nümayiş etdirərək, ölkə üçün həyati vacib əhəmiyyət kəsb edən enerjisistemin infrastruktur obyektlərinin mühafizəsində yaxından iştirak etmələrini xahiş edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə