Fransiz Delay: "Bu günə kimi Azərbaycanın iqtisadiyyat və başqa sahələrinin inkişafına 240 milyon dollar sərmayə qoyulub"
Bu gün "Xəzər Avropa İşgüzar İnteqrasiya Klubunun (XAİİK) Avropa Yenidənqurma Bankının (AYB) rəhbəri ilə görüşü" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis, AYB-nın rəhbəri Fransiz Delay və başqaları iştirak edib.
Tədbiri giriş sözləri ilə açan Fransiz Delay Hökumətlə biznesin arasındakı belə əlaqələrə ciddi əhəmiyyət verdiklərini deyib: "XAİİK-nun cəhdlərini dəstəkləyirik, çünki bizim üçün də biznes əlaqələri çox önəmlidir. Azərbaycanda olma səbəbimiz biznes əlaqələrinin gücləndirilməsindən ibarətdir. Bu sahədə 29 ölkədə fəaliyyət göstəririk, 61 ölkədə isə investisiyalarımız var".
Azərbaycanda iqtisadiyyatın inkişafına diqqət göstərdiklərini deyən Rəhbər bu sahədə problemlərin həll olunmasına çalışdıqlarını deyib: "Azərbaycanda inkişaf etməkdə olan iqtisadiyyat bizim üçün də çox əhəmiyyətlidir. Bu və başqa sahələrin inkişafına bu günə kimi 240 milyon dollar sərmayə qoyulub".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB